Tanışına yarım milyon manat `atan` şəxsin məhkəməsi olub


22:21     24 Aprel 2017 1427700436_mehkeme-a620x350.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Exan İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, E. İsrafilov özünü "Elat broyler" şirkətinin meneceri kimi təqdim edərək, iş qurmaq adı ilə tanışı Cavid Mazakova qarşı 500 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1016