Qəbilələr arasında savaş: 100-dən çox ölü var


21:49     22 İyun 2017 sudan5.jpg

Nigeriyada iki qəbilə arasında baş vermiş davada 100-dən artıq insan ölüb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Nigeriyada Fulanilər və Mambilla qəbilələri arasında mal-qara oğurluğu və örüş probleminə görə başlayan silahlı qarşıdurma hələ də davam etməkdədir.

Məlumata görə, əyalətdəki 180-dən çox Fulani kəndi basqına məruz qalıb.

Qeyd edək ki, Nigeriyada heyvandarlıqla məşğul olan köçəri Fulani tayfası ilə əkinçiliklə məşğul olan Mambilla qəbilələri tez-tez baş verən qarşıdurmalarda hər il çox sayda insan ölür.

Femida.az

Açar sözlər:

Oxunub: 1863


Oxşar xəbərlər