İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
17:53 23 İyun 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Santsunu qəbul edib.
Femida.az xəbər verir ki, xarici işlər naziri Manuel Qonzales Santsu Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Formula-1 yarışının əlamətdar idman tədbiri olduğunu vurğulayan Manuel Qonzales Santsu bu yarışın Azərbaycana çoxlu sayda turistlərin gəlməsi üçün yaxşı şərait yaratdığını bildirdi. Ölkəmizə axırıncı dəfə bir il bundan əvvəl səfər etdiyini vurğulayan qonaq ötən dövrdə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu dedi.
Dövlətimizin başçısı Formula-1 yarışının önəmini vurğulayaraq bildirdi ki, müxtəlif ölkələrdən olan xeyli sayda turistlərin bu tədbirdə iştirakı onların Bakıda gedən inkişaf proseslərini öz gözləri ilə görmələrinə imkan verir və ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Kosta Rika Respublikasının Prezidenti Luis Gilyermo Solisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kosta Rika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
Femida.az
Oxunub: 498
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir