Kərkükdə İŞİD-ə qarşı əməliyyat keçirildi


01:31     24 İyun 2017 kerkuk9.jpg

İraqın Kərkük bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan əməliyyatda bir qismi İŞİD-lə əlaqəli olduğu qeyd edilən 30 şübhəli saxlanılıb.


Kərkük polis rəisi general-mayor Xəttab Ömər verdiyi açıqlamada müxtəlif ünvanlara təşkil olunan basqınlarda haqlarında yaxalama qərarı olan 9 nəfər, o cümlədən 30 şübhəlinin saxlanıldığını bildirib.

Nəzarətə alınlardan 9-nun İŞİD-lə əlaqəsi olduğunu qeyd edən general digər şübhəlilərin terrora dəstək verdikləri səbəbilə nəzarətə alındığını deyib. Kərkük polis rəisi general-mayor Ömər Ramazan bayramıyla bağlı əlavə tədbirlər gördüklərini dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 701