“Qətər tələbləri araşdırmağa başlayıb” - Tillerson


19:00     26 İyun 2017 tillerson2.jpg

Qətərin Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin tələblərini araşdırmağa başladığı bildirilib.


Bu barədə ABŞ dövlət katibi Reks Tillerson yazılı açıqlama verib. Açıqlamada Qətərin diqqətli şəkildə tələbləri araşdırmağa başladığı qeyd edilib. Bəzi maddələrin Qətərin yerinə yetirməsi üçün çox çətin olacağını vurğulayan Tillerson tərəflərin həll üçün dialoq aparmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri terrora dəstək verdiyi iddiasıyla Qətərlə diplomatik və iqtisadi əlaqələri kəsmiş, həftə ərzində Doha rəhbərliyinə 13 maddəlik tələb siyahısı təqdim etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 892


Oxşar xəbərlər