Qadın məhkəmə zalında həbs edildi - 20 minlik oğurluq


17:28     29 İyun 2017 hebs_qadin_0451.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən cinayət işi üzrə məhkəmənin Tamilla Abdulsalamovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın xəbərinə görə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə T. Abdulsalamava barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə zalında həbs olunub.

Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, təsirləndirilən şəxs Bakıda yerləşən mənzillərdən 20 min manatlıq oğurluqda təqsirləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1307