`Qarabağ` ilkə imza atdı
20:08 20 İyul 2017
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Moldova təmsilçisi “Şerif”i qəbul edəcək “Qarabağ” ilkə imza atıb.
Femida.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun iyulun 25-də keçiriləcəyini nəzərə alan Ağdam klubu önləyici tədbirlər görüb. “Şerif”lə qarşılaşmanın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb.
Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.
Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur. “Qarabağ” isə Azərbaycanda bir ilki gerçəkləşdirəcək.
Qeyd edək ki, biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 5 manat, VİP sektoruna isə 50 manatdır. İyulun 25-də keçiriləcək "Qarabağ" – “Şerif" matçı saat 21:00-da başlayacaq.
Femida.az
Oxunub: 1126
Oxşar xəbərlər
- `Qarabağ` – `Çelsi` matçında rekord
- `Qarabağ` üçün daha bir tarixi gün - Rəqib `Çelsi`dir
- `Qarabağ`-`Çelsi` oyunu üçün 400 avtobus ayrılıb
- `Qarabağ` - `Çelsi` görüşünə nə qədər bilet satılıb?
- `Qarabağ`ın oyununda xareoqrafiya şousu olacaq
- `Qarabağ` - `Çelsi` matçına nə qədər bilet satılıb?
- `Qarabağ` yenə `Atletiko`nu məyus etdi
- `Qarabağ` reytinq cədvəlində irəliləyib
- `Qarabağ` `Atletiko`ya məğlub oldu
- `Qarabağ` üçün daha bir tarixi gün - Rəqib `Atletiko`dur