• Ana səhifə / Manşet

Xəbər lenti

DYP Qaxda reyd keçirib


Tarix 12.08.17, 19:32


Qax Yol Polisi Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində rayonda reyd keçirib.


Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb, normalara cavab verməyən avtomobillərin sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib, sürücülərə cərimə protokolu yazılıb.

Yol polisi əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb.

İki saatdan artıq davam edən reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Normadan artıq dəm qazı ixrac edən 22 avtomobilin sürücüsünə inzibati protokol yazılıb.
Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.

Femida.az

Xəbərin oxunma sayı : 601











Hüquq-mühafizə
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img