Stokholmda naməlum şəxs sakinlərə atəş açıb


02:48     16 Avqust 2017 1482739030_police.jpg

Stokholmda naməlum şəxsin atəş açması nəticəsində 2 nəfər yaralanıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şəhərin Estberq rayonunda baş verib.

Məlumata görə, əynində zirehli gödəkcə olan şəxs avtomobildən düşərək avtomat silahdan atəş açıb.

Polis yaralanan şəxslərin kriminal dairələrlə əlaqəli olduğunu bildirir.

Femida.az

Açar sözlər:

Oxunub: 671