İlham Əliyevə təbrik məktubu gəlib
21:54 17 Avqust 2017
Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək.
Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik.
Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə inkişaf və rifah arzularımı qəbul edin".
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir