• Ana səhifə / Manşet

Xəbər lenti

Polis bu hallarda yüksək səslə danışa bilməz – Təlimatdan çıxarış


Tarix 13.09.17, 15:44



Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Yol-patrul xidməti (YPX) əməkdaşı ilə ilə vətəndaşların qarşılıqlı fəaliyyəti böyük müzakirələrə və mübahisələrə səbəb olur.


Bir çox hallarda sürücülərin və yaxud əksinə YPX əməkdaşının qanunların dərinliyini bilməməsi mübahisələrə gətirib çıxarır.

Bir çox hallarda bu mübahisələrin şahidi maşında olan digər ailə üzvləri və uşaqlar da izləməli olurlar.

Bəs uşaqların yanında YPX əməkdaşı sürücü ilə necə rəftar etməlidir?

Femida.az xəbər verir ki, “Yol-patrul xidməti haqqında Təlimat”ın 13-cü maddəsində Yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibətdən bəhs olunur.
Həmin maddənin I bəndində YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmasının vacibliyi qeyd olunub.

Yol Polisi əməkdaşı vətəndaşa necə yaxınlaşmalıdır?

13.2. Yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir. Vətəndaş tərəfindən ona müraciət edildiyi halda, əməkdaş eyni tələbləri yerinə yetirərək yardım göstərməli, qoyulmuş məsələnin həlli üçün lazımi köməklik göstərməlidir.
13.3. Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.

Həmin təlimatda maraqlı məqamlardan biri də uşaqlarla bağlıdır.

Təlimatın 13.10. maddəsində qeyd olunur ki, yanında uşaqlar olan şəxslərə iradları elə bildirmək lazımdır ki, uşaqlar bunu eşitməsin. DYP əməkdaşı yeniyetmələrlə də böyüklərlə olduğu kimi nəzakətlə davranmalıdır. Uşaqlara iradlar onların yaşı və inkişaf səviyyəsini nəzərə almaqla tutulmalıdır.

YPX əməkdaşı yolu keçə bilməyən yaşlı şəxsə kömək etməlidirmi?

Təlimatın 17-ci bəndində qeyd olunur ki, YPX inspektoru yolu keçmək istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərməlidir. Uşaqların tədris müəssisələrinə və geriyə hərəkəti zamanı yolun qəza təhlükəli sahələrində olmalı, onların təhlükəsizliyini təmin etməlidir.


Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 10294











Hüquq-mühafizə
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img