`Görmüşəm sahibi yoxdur, götürmüşəm` - Toylarda telefon oğurlayan şəxs (VİDEO)
16:57 22 Sentyabr 2017
Sumqayıtda restoranlardan oğurluq edən şəxs saxlanılıb.
Femida.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını gizli yolla oğurlayaraq onlara ziyan vuran əvvəllər məhkum olunmuş Elman Ələkbərov saxlanılıb.
Müəyyən edilib ki, o, toy məclislərində 11 nəfərin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirib. Onlardan bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb. Telefon oğrusunun əməlləri şadlıq saraylarının müşahidə kameralarında da yaddaşa yazılıb.
Elman Ələkbərov - Saxlanılan şəxs: "Şadlıq sarayı, istirahət mərkəzlərindən telefon götürmüşəm. Dənizə çimməyə girmişəm, görmüşəm ki, telefonun sahibi yoxdu, götürmüşəm. Birini 50 manata, birini də 70 manata Sumqayıtda tanımadığım şəxsə satdım".
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 1945
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək