5 yaşlı uşaq məktəbdə yıxılaraq xəsarət alıb


17:31     22 Sentyabr 2017 zeherlenme13.jpg

Xaçmazda 5 yaşlı uşaq məktəb binasında yıxılıb.


Femida.az-ın verdiyi məlumata görə, hadisə şəhərin 6 saylı məktəbində qeydə alınıb. Anası ilə məktəbə gələn Xaçmaz rayonu, Qaradağlı kənd sakini, 2012-ci il təvəllüdlü Muradova Məleykə Fərid qızı məktəbin binasında yığılıb. Müxtəlif bədən xəsarətlər alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 655