ABŞ-ın nefti tükənir
19:55 23 Sentyabr 2017
ABŞ-da aktiv neft quyularının sayı azalıb.
“Baker Hughes” şirkətinin yaydığı məlumata görə, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 5 ədəd azalaraq 744, qaz quyularının sayı isə 4 ədəd artaraq 191 olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 1 ədəd azalaraq ümumilikdə 935 olub. Beləliklə ABŞ-da aktiv neft quyularının sayı son 6 həftənin beşində azalıb.
Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında minimuma – 404-ə geriləmişdi.
Oxunub: 652
Oxşar xəbərlər
- ABŞ-ın Pakistandakı səfiri XİN-ə çağırıldı
- ABŞ-ın Rusiyadakı səfiri: “Krım Ukraynanındır”
- ABŞ-ın vətəndaşlarına etdiyi xəbərdarlıqla bağlı Azərbaycandan AÇIQLAMA
- ABŞ-ın bu ərazilərində fövqəladə vəziyyət elan edildi
- ABŞ-ın bu ərazilərində fövqəladə vəziyyət elan edildi
- ABŞ-ın İstanbuldakı diplomatı FETÖ-çü çıxdı
- ABŞ-ın Hyuston şəhəri su altında qalıb
- ABŞ-ın pilotsuz uçan aparatı Türkiyədə qəzaya uğrayıb
- ABŞ-ın sanksiyalarına Kremldən CAVAB
- ABŞ-ın cənubunda atışma - 3 ölü