• Ana səhifə / Manşet

Xəbər lenti

5 il keçərsə... - Bu borclar tələb edilə bilməz


Tarix 13.10.17, 11:37



Vətəndaşlarla kommunal xidmətlərin təşkili ilə məşğul olan qurumların arasında vaxtaşırı köhnə borc üzrə mübahisələr yaranır. Qeyd olunan köhnə borc problemi həm qaz,həm işıq, həm də su sahəsində olub.


Qeyd olunan problem daha çox qaz sahəsində olduğu üçün Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il fərmanı ilə əhalinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silindi.

Ölkə prezidenti İlham Əliyevin 08 aprel 2011-ci il tarixli fərmanı ilə əhalinin içməli su ilə təminatının məqsədi ilə bu tarixə qədər olan su borcları silindi.Qeyd olunan bu fərmanla əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcdan azad edildi.

Əhalinin böyük əksəriyyətinin istifadə etdiyi elektrik enerjisi sahəsində köhnə borclarla bağlı problemlər hələ də qalmaqdadır. Misal üçün Qusar rayonu, Avaran kənd sakini Həkimova Həmyət saytımıza açıqlamasında 10 il əvvəl yaranmış borcla bağlı bildiriş aldığını və ödəməyəcəyi təqdirdə elektrik enerjisinin dayandırılacağını bildirmişdi.

Femida.az bununla bağlı qanuna istinadla bir neçə məqamlara aydınlıq gətirib.

“Azərişıq”, “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri və “Azəriqaz” İstehsalat Birliyini əhalidən köhnə borcu tələb edə bilərmi?






Mövzu ilə bağlı femida.az- ın suallarını cavablandıran hüquqşünas Tural Musayev bildirib ki, bununla bağlı qanunda konkret müddət nəzərdə tutulub.

Yuxarıda göstərilən idarələrin əhalidən müqavilə üzrə yaranmış olduğu borc öhdəlikləri üçün tələb müddətin keçməsinə görə borclara xitam verilə bilər. Öhdəliyə icra, depozitə qoyma , qarşılıqlı əvəzləşdirmə , bağışlama, müddətin keçməsi və MM- də göstərilən digər hallarda xitam verilə bilər. MM-in 551-ci maddəsinə uyğun olaraq kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər, və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il müddəti keçdikdən sonra qüvvəsini itirir. Burada müddət axımı dayandıırılmış və ya öhdəliklərin xitamı üçün müddət kəsillməsi istisnadır.



Mircəlal Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 17014











Hüquq-mühafizə
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img