Deputatların Belarus səfəri başa çatdı
16:11 13 Oktyabr 2017
Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. O deyib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O. Əsədov isə Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Minsk traktor zavodunun Gəncə Avtomobil Zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.
Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb. Tərəflər Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub. O. Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə də tanış olub.
Minskdə keçirilən tədbirlərdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak ediblər. Səfər başa çatıb.
Femida.az
Oxunub: 788
Oxşar xəbərlər
- Deputatların maaşı artırılmayıb - Maliyyə şöbəsindən açıqlama
- Deputatların maaşı artırılsın - Siyavuş Novruzovdan təklif
- Deputatların etik davranış qaydaları ilə bağlı SƏRƏNCAM
- Deputatların etik davranışı müzakirəyə çıxarılır
- Deputatların qış tətili başa çatdı
- Deputatların etik kodeksi hazırlanır
- Deputatların iclası təxirə salındı
- Deputatların etik kodeksi hazırlanır
- Deputatların Sankt-Peterburqa səfəri başa çatıb
- Deputatların yeni vəzifə təyinatı