Bağça müdirinin məhkəməsi başlayıb
18:37 19 Oktyabr 2017
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Femida.az -ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İ. Ziyadova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Proses oktyabrın 31-də davam etdiriləcək.
İttihama görə, Bakının Xətai rayonunda yerləşən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadova sosial şəbəkələrdə elan edilən vakansiya ilə bağlı ona müraciət etmiş Muradlı Tavat Hüseyn qızını bağçaya ingilis dili müəlliməsi kimi işə qəbulu üçün onun anası Tünzalə Muradovadan 2500 manat məbləğində pul alıb, lakin vədinə əməl etməyib.
Bundan başqa, o, çoxsaylı şəxsləri bağçaya tibb bacısı və müəllimə kimi işə götürəcəyini vəd edərək, onlardan rüşvət alıb.
İ. Ziyadova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması təkrar törədildikdə) və 162-1.1 (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə cinayət işi başlanıb.
Oxunub: 787
Oxşar xəbərlər
- Bağçalarla bağlı yeni standartlar hazırlanır
- Bağçalar qrant ala biləcək
- Bağçalarla bağlı yeni standartlar
- Bağça uşaqlarına dərs vəsaitində namaz təbliğatı - FOTO
- Bağçalarda hazırlıq qrupları ləğv olunur?
- Bağça direktorlarına verilən pullar hara gedir?
- Bağça modelimiz dəyişdirilir?
- Bağçalarda yoxlama aparıldı