Kataloniyanı 805 şirkət tərk edib


22:35     20 Oktyabr 2017 59e9f053924d8_15085032931372642955_1000x669.jpg

Kataloniya muxtariyyətinin İspaniyadan ayrılmaq iddiası ilə qanunsuz referendum keçirməsi ciddi iqtisadi itkilərə səbəb olur. Referendumun keçirildiyi 1 oktyabr tarixindən sonra Kataloniyanı 805 şirkət tərk edərək İspaniyanın digər ərazilərinə köçüb.


Femida.az xəbər verir ki, Kataloniya Qeydiyyat Kollegiyasının açıqladığı rəqəmlərə görə, muxtariyyəti tərk edən şirkətlərdən 708-i Barselonadan, digərləri isə Lerida, Tarraqona və Jironadan köçüb. Baş ofislərini Kataloniyadan köçürən şirkətlər sırasında "Zurich”, "Axa”, "MGS Seguros” kimi nəhəng sığorta şirkətləri və "La Caixa”, "Sabadell” banklar da var. Onlar qərarlarını "hüquqi təhlükəsizlik zonasına köçmək”lə izah ediblər.

İspaniyanın iqtisadiyyat naziri Luis Gindosa bəyan edib ki, bu, hələ başlanğıcdır. Əgər sadəcə siyasi qeyri-sabitlik bunlara səbəb olubsa, vilayət müstəqillik elan etdikdən sonra baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 421