Qızının ad gününə gələn ana hamamda boğuldu


15:32     23 Oktyabr 2017 dem-qazindan-zeherlenen-23102017.jpg

Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.


Femida.azAPA-a istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Cəbrayılova Rahilə Məhəmmədiyə qızı Bakıda hamamda dəm qazından boğulub.

Rahilə Cəbrayılova Bakıda 20 Yanvar küçəsində kirayədə yaşayan qızının ad gününə gedibmiş, hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Mərhum Mingəçevirdə əczaçı kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 4046