• Ana səhifə / Manşet

Xəbər lenti

Ermənistanda jurnalist qətliamı: Prezidentlərin sifarişi (DOSYE)


Tarix 24.10.17, 10:36


İşğalçı ölkə Ermənistanı kriminal hərbi-siyasi rejim tərəfindən idarə olunması bir faktdır. Belə bir idarə üsulu olan dövlətdə insan hüquqlarının boğulması və mətbuata qoyulan qadağalar bu hakimiyyətin əsl simasını üzə çıxarır.
Femida.az Ermənistanda peşə fəaliyyətinə görə müxtəlif vaxtlarda hakimiyyətin sifarişi ilə qətlə yetirilən jurnalistlər barədə araşdırma aparıb.


Məlum olur ki, Ermənistan müstəqillik əldə etdikdən sonra hakimiyyətə gələn 3 prezidentin dövründə jurnalistlərin təqibi və sifarişlə qətli adi hal alıb.


Kriminal hərbi-siyasi üsulla idarə edilən Ermənistan hakimiyyəti zaman-zaman mətbuatı “boğmaqla” daxildə baş verənləri gizlətməyə çalışıb. Bu isə müstəqil jurnalistlərin canı və qanı bahasına başa gəlib. Ermənistanın media.am saytı 12 mart 2012-ci il tarixdə “Ermənistanda jurnalistlərə edilən hücumların xronikası” adlı məqalədə ölkədə hakimiyyətin jurnalistlərə qarşı amansız hücumlarından bəhs edilir. Yazının müəllifi Tiqran Oqanesyan (red- erməni dilində Տիգրան Հովհաննիսյան) jurnalistlərə hücumların hələ 1994-cü ildən başladığını və hələ də davam etdiyini xüsusi qeyd edərək yazır:

“ İlk “qurban” “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan oldu. O 1994-cü ilin oktyabrında evindən çıxarkən iki nəfər naməlum şəxsin hücumuna məruz qaldı. Jurnalist başından küt alətlə vurulmuşdu, şok vəziyyətində xəstəxanaya yerləşdirilmişdi. Hətta onu ziyarət etməyə gələnlərin arasında Levon Ter- Petrosyan (Ermənistanın ilk prezidenti) da var idi.”





Müəllif Ermənistan prezidentinin vurulmuş jurnalistin ziyarətinə gəlməsini siyasi gediş kimi qiymətləndirərək yazır:

“ ...Bu ziyarət elə belə ziyarət deyildi. Əslində bir dərs idi...”


Müəllif həmin məqalədə daha sonra yazır ki, sonraki illərdə jurnalistlərə hücumlar daha da kəskinləşdi. Növbəti hədəflər sırasında “Azq” (red- erməni dilində “Ազգ” yazılır) qəzetinin əməkdaşları dayanırdı. Belə ki, 1995-ci ildə iki nəfər naməlum şəxs qəzetin redaksiyasına girir və aparıcı yazarlardan olan Armen Baqdasaryanın təhqiramiz şəkildə iş vəsiqəsini cırdıqdan sonra ona fiziki təyziqlər göstəriblər.

Müəllif yazır ki, qəzetə daha bir hücum olur. Bu dəfə hədəf qəzetin baş redaktoru Akop Avetikyan olur.

“... O evindən çıxarkən liftin girişində tanımadığı şəxslə qarşılaşır.Bir əlində çantası, digər əlində şirə dolu qab olduğu üçün müdafiəsiz qalır. Bu zaman liftdə qarşılaşdığı şəxs şirə dolu qabı baş redaktorun üzərinə tökərək onu yumruqla vurur.Şahidlərin verdiyi məlumata görə, bu zaman digər bir şəxs onu avtomobildə gözləyirmiş.Amma bu cinayəti törədənlər heç vaxt açıqlanmadı...” deyə müəllif yazır.


Yuxarıda qeyd etdiyimiz bütün bu faktlar Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın dövründə baş verənlər idi.


Bəs Levon Ter-Petrosyan kim idi? Hakimiyyətə necə gəlmişdi?




Levon Ter-Petrosyan 9 yanvar 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub. Atası Akop Ter-Petrosyan Livan və Suriya kommunist partiyasının yaradıcılarından biri idi. Anası milliyətcə suriyalı olan L.T.Petrosyan 1988–ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub. 1990 – cı ilin avqustunda Ter-Petrosyan Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutur. 16 oktyabr 1991 – ci ildə Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilir, 1996 – cı ilin sentyabrın 21 o bu vəzifəyə təkrarən seçilir. 3 fevral 1998 – ci ildə Levon Ter-Petrosyan baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılığa görə sonuncular tərəfindən istefa verməyə məcbur olunur. Belə ki, Levon Ter-Petrosyan ATƏT – in Minsk qrupunun təklif etdiyi "Mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Əslən Qarabağdan olan, güc nazirləri və baş nazir buna qarşı idilər. Həmin ilin mart ayında yeni president Robert Köçəryan oldu.


Robert Köçəryan kim idi? Hakimiyyətə necə gəlmişdi?


Ermənistanın ikinci prezidenti olan R.Köçəryan 31 avqust 1954–cü ildə Azərbaycan SSR–də, DQMV- nin Xankəndi şəhərində anadan olub. Sovet İttifaqı illərində Xankəndində bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulur və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilir.
Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib. 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan Respublikasının prezidenti seçilmiş, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib.





Ermənistanın ikinci prezidenti olmuş bu şəxs hakimiyyəti illərində qanlı terrorların müəllifi kimi də tanınıb. Belə ki, Ermənistan parlamentində 1999-cu ilin oktyabrında baş verən terror onun adı ilə bağlanılır. Elə bu səbəbdəndir ki, bu cinayətin üstünü açmaq istəyən jurnalistlər birmənalı olaraq aradan götürülürdü. R. Köçəryan əvvəlki həmkarından fərqli olaraq jurnalistlərə təyziqlər göstərmir, onların qətlini sifariş etməkdən belə çəkinmirdi. Onun dövründə tanınmış jurnalist Tiqran Nağdalyanın qətli uzun müddət Ermənistanda müzakirələrə səbəb olur.


T.Nağdalyan uzun müddət “Azadlıq radiosunu” nun erməni bürosunda müxbir kimi çalışıb.

Tiqran Nağdalyan kim idi? Onun qətli hakimiyyətə niyə lazım idi?






Tiqran Nağdalyan 1966-cı ildə İrəvanda anadan olub. Jurnalist kimi əmək fəaliyyətinə 1991-ci ildə ilk qeyri-hökumət informasiya televiziya proqramı olan "Haylur"da müşahidəçisi kimi başlayıb.1991-1994-cü illərdə Daşnaksütyun partiyasının "Haylur" informasiya agentliyinə rəhbərlik edib.Həmin illərdə ölkədə baş verən siyasi hərc-mərcliyə qarşı mübarizə aparan T.Nağdalyan tezliklə mitinqlərə də qoşulur. 1992-ci ildə o İrəvanda müxalifətin mitinqini təşkil edənlərdən biri olur. O 1994- 1997-ci illərdə “Fakt” İnformasiya Agentliyinin direktoru, 1995-1997-ci illərdə “Azadlıq radiosu”nun İrəvan ofisinin müxbiri,1997-1998-ci ildə “Kaym” telekompaniyasının baş redaktoru, 1998-2001-ci illərdə isə Ermənistanın Milli Televiziyasının icraçı direktoru vəzifələrində çalışıb.


Robert Köçəryan jurnalisti niyə öldürtdürdü?


Ermənistan İctimai Televiziya və Radio Şurasının İdarə Heyətinin sədri vəzifəsində çalışan Tiqran Nağdalyan 2002-ci ildə dekabrın 28-də evinin qarşısında güllələndi. Jurnalist şənbə günü aiəsi ilə birgə evindən çıxarkən başından vurulur. Qatil onun başına 7 güllə vurmuşdu. T.Nağdalyan xəstəxanaya çatdırılsa da, 21 saatdan sonra orada ölür. Qətlə yetirilərkən T.Nağdalyan cəmi 36 yaşında idi. Onun qətli ölkədə gərginliyi daha da artırdı. Müxalifət onun qətlini ölkədə azadlığın boğulmasının son həddi kimi göstərirdi.


Qətlə yetirilən jurnalisti Ermənistan parlamentində baş verən terror aktı ilə nə bağlayırdı?


Femida.az xəbər verir ki, Ermənistanın politik.am saytı jurnalistin qətli ilə bağlı yaydığı materialda T.Nağdalyanın adının 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində baş verən terror aktında hallandığını yazır. Saytın yazdığına görə, həmin hadisələr zamanı T.Nağdalyanın çəkdiyi kadrlar onun məhkəməyə çağırılmasına səbəb olub.


Sayt 2003-cü ilin aprelin 30-da yaydığı məlumatda onun qətli ilə bağlı daha bir şok faktı açıqlayır. Yazının müəllifi Vaaqan Qukasyan ( red- erməni dilində belə adlanır Վահագն ՂՈՒԿԱՍՅԱՆ) iddia edir ki, T. Nağdalyan parlamentdə baş verən terror hadisəsinin görüntülərinin bir hissəsini gizlədibmiş.





“O parlamentdə baş verən məlum terror aktı ilə bağlı sübutlara malik olduğu üçün R.Köçəryan onu ömürlük susdurmaqla yolundan götürdü”, deyə sayt yazır.

Jurnalistin o vaxtki hakimiyyətin ( red- Ermənistana rəhbərliyi 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək Robert Köçəryan edib.) sifarişi ilə öldürülməsi ilə bağlı daha bir şok faktı digər erməni saytı armtimes.com yayıb. Jurnalist Tatev Xaçatryanın ( red- erməni dilində belə yazılır Տաթեւ Խաչատրյան) saytın 25.03.2014-cü il tarixdə “27 oktyabr hadisələrinin şahidləri vaxtından əvvəl ölürlər” (red- müəllif “27 oktyabr hadisələri” deyərkən 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktını nəzərdə tutur.) başlıqlı yazısında bir neçə şahidin hakimiyyət tərəfindən aradan götürülməsindən bəhs edilir. Müəllif yazır ki, hadisələrin şahidlərindən olan Tiqran Nazaryanın xərçəng xəstəliyindən öldüyü bildirilsə də, əslində o vurulan iynədən ölmüşdü.

Müəllif daha bir şahiddən bəhs edərkən yazır:


“Parlamentdə baş verən terrorun canlı şahidlərindən biri olan Norayr Eqiazaryanın meyiti saxlanıldığı kameradan tapıldı. Rəsmi açıqlamaya görə o elektrik cərəyanı vurmasından ölüb... Amma həqiqət başqa idi. ”

Erməni jurnalist bu sifarişli qətllərin növbəti qurbanı kimi məhz Tiqran Nağdalyan olduğunu bildirərək yazır:

“2002-ci ildə T.Nağdalyanın evinin qarşısında güllələnməsi yazılan seenarinin növbəti mərhələsi idi...”

Jurnalisti qətlə yetirən niyə azadlığa buraxdı?

“T.Nağdalyanı qətlə yetirən şəxs 2003-cü ilin martında həbs olunur. Qətli törədən 1999-cu ildə parlamentdə terror zamanı öldürülən baş nazir Vazgen Sarkisyanın qardaşı Armen Sarkisyan idi. Məhkəmə ona 15 il azadlıqdan məhrum etmə cəzası verir.Lakin 2008-ci ildə hakimiyyətin göstərişi ilə azadlığa buraxıldı.”, deyə medi.am saytı yazır.


Müəllif Ermənistan rəhbərliyinin qətl siyahısının bununla bitmədiyini və siyahıda daha bir neçə adların olduğunu yazır.


“2004-cü ildə daha bir qətlin şahidi olduq. Bu da birbaşa parlamentdə baş verən hadisələrlə bağlıdır. Vram Qalustyanın həbsxanada “özünü öldürməsinin” ardından, daha bir şahid Muşev Movsisyan yol qəzasında ağır yaralandı. Onu bir neçə dəfə əməliyyat etsələr də öldü. Eyni ildə daha bir şahid Milli Məclisin keçmiş tibb bacısı olan Rosa Hovhannisyan avtomobil qəzasında öldü. Bütün bunlar təsadüfidürmü?...”, deyə müəllif məqaləsində qeyd edib.


Məlumat üçün qeyd edək ki, 1999-cu ilin 27 oktyabr tarixində Ermənistan parlamentində terror aktı törədilib. Terror aktını törədən qrupun rəhbəri Karen və Nairi Hunanyan qardaşlarının rəhbərlik etdiyi qruplaşma törədib. Nəticədə Baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan, və bir neçə deputat öldürülüb.


Qeyd olunan bu terrorla bağlı Ermənistanda bu gün hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin də dolayısı ilə əlaqələri var.
Ermənistanın "Replik.am" saytının yazdığına görə Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla biznes sahəsində əlaqələri olub. H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.
N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədən zaman yaralananlar arasında H. Nağdalyan da olub.


R.Köçəryan hakimiyyəti illərində sığındığı ölkələrin dəstəyi beynəlxalq təşkilatlara belə məhəl qoymayaraq jurnalistlərə divan tutmağa davam etmiş.


Media.am saytının 2012-ci ildə yayımladığı məqalədən aydın olur ki, 1999-cu il jurnalistlər üçün daha qanlı günlərlə keçib.
“... 1999-cu il martın 8-dən 9-na keçən gecə İrəvanda mərkəzi prospektlrdən biri olan Baqramyanda 35 yaşlı jurnalist Tiqran Ayrapetyanın meyiti tapıldı...Amma bu ölümün səbəbi bu günə kimi açıqlanmır...”, deyə sayt yazır.

Hakimiyyətin qurduğu tələlərin növbəti qurbanı Qafqaz Media İnstitutunun direktor müavini Mark Qriqoryan idi. 22 oktyabr 2002-ci ildə ona qarşı sui-qəsd təşkil edilir.Amma qumbara partladılsa da, jurnalist təsadüf nəticəsində sağ qalır.


Yazının müəllifi bu sui-qəsdin də sifarişinin birbaşa dövlət tərəfindən verildiyini və parlamentdəki terror aktı ilə əlaqəli olduğunu bildirərək yazır:


“... Hadisə baş verən ərəfədə Londonda yerləşən qəzetlərdən biri M.Qriqoryana 1999-cu ildə parlamentdə baş vermiş terror aktının il dönümü ilə bağlı araşdırma yazı verməyi tapşırmışdı. Jurnalist də bunun üçün bir neçə nəfərlə müsahibə almışdı, şahidləri danışdırmışdı.Onun araşdırdığı faktları gizlətmək üçün bu sui-qəsdə əl atıldı. Bu təhlükəni görən M.Qriqoryan İngiltərədən siyasi sığınacaq alıb, gecə ilə ora qaçdı. Hazırda da Londonda yaşayır...”


Ermənistanın müxalif yönümlü mətbuat orqanı sayılan “Aykakan Jamanak” (red- erməni dilində Հայկական Ժամանակի) qəzeti daima hakimiyyətin təyziqləri ilə üzləşib. Belə hadisələrdən biri 2000-ci ildə baş verib. Qəzet bir gün əvvəl çıxan sayında hakimiyyətə bağlı pivə zavodunun rəhbəri Qaqik Çarukyanın səmlərinin başqa bir şəxsə verilməsi ilə bağlı yazı yayımlamışdı. Bu isə qəzet əməkdaşlarının hücuma məruz qalmasına və ofislərinin dağıdılmasına səbəb olmuşdu. (Mənbə: media.am saytı. 12.03.2012)


Hazırki prezident Sarkisyanın dövründə vəziyyət necədir?





2008-ci ildən Ermənistana rəhbərlik edən Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Bu cür əməlləri törədən şəxsin hakimiyyətə gəlməsi jurnalistlərin də yolunu tamamilə bağladı. Sarkisyanın hakimiyyəti illərində bütün media mərkəzləri bağlandı və ya birbaşa ona tabe edildi.


Ermənistanın media.am saytı 12.03.2012 –ci il tarixində yayımladığı “Ermənistanda jurnalistlərə edilən hücumların xronikası” adlı məqalədə Sarkisyanın hakimiyyəti illərində jurnalistlərə qarşı amansız hücumlarından bəhs edilir.

“2008-ci ildə Andranik Babayan kafelərin birində başından dəmirlə vuruldu. Xəstəxanaya yerləşdirilsə də, 8 gündən sonra orada öldü. Qətlin baş verdiyi “Odnaklasniki” kafesinin sahibi Artur Saakyan İctimai Radioya açıqlamasında bu qətlin arxasında Milli Təhlükəsizlik Şurasının deputatı, Respublikaçılar Partiyasının Levon Sarkisyanın yaxın adamları olduğunu açıqlayır. Bundan sonra radio əməkdaşları və A.Saakyan böyük təzyiqlərə məruz qalır. Sonunda o ölkədən qaçmaq məcburiyyətində qalır.

Jurnalistlərə qarşı hücumların miqyası getdikcə böyüyürdü. Daha bir belə hadisə 2008-ci ilin noyabrında jurnalist Edik Baqdasaryana qarşı oldu. “Günün jurnalistləri” adlı QHT təşkilatının sədri ölümcül döyüldü. Amma bu hadisəni törədənlər tapılmadı. Yerli saytlar bunun arxasında hakimiyyətin durduğunu iddia edirdilər. (Mənbə: media.am)

Qeyd edək ki, təqdim etdiyimiz bütün faktlar müxtəlif vaxtlarda Ermənistan mətbuatında yayımlanmış materiallar əsasında hazırlanıb. Həmin materialları hazırlayan jurnalistlərin böyük əksəriyyəti təqiblərdən sonra ölkədən qaçmaq məcburiyyətində qalıblar.


Mircəlal Məcidli
Femida.az


Xəbərin oxunma sayı : 5068











Dünya
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img