Rusiya, İran və Türkiyə razılığa gəldilər


19:57     19 Noyabr 2017 FD7FEECE-9803-4DD5-96BF-220D874428E5.jpeg

Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Antalyada bütün məsələlərlə bağlı razılıq əldə ediblər.


Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəbəri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, sözügedən üç ölkənin baş qərargah rəisləri noyabrın 22-də Soçidə keçiriləcək sammit öncəsi görüşərək Suriyada deeskalasiya zonalarının işinin detallarını müzakirə edəcəklər.

"Rusiya, Türkiyə və İranın baş qərargah rəisləri də noyabrın 22-də Soçidə keçiriləcək sammitə hərbi xətt üzrə hazırlıq qismində öz görüşlərini keçirəcəklər", - deyə o əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 804