Ağstafada qəza: 8 yaşlı uşaq öldü


22:59     19 Noyabr 2017 1496756967_piyadas.jpg

Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub.

Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 868