Cüdoçumuz Avropa çempionu oldu
19:57 02 Noyabr 2019
Azərbaycan idmançısı Rusiyanın İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinin qalibi adını qazanıb.
Femida.az xəbər verir ki, yarışın ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqəni təmin edib. O, həlledici qarşılaşmada Rusiya təmsilçisi Ayub Xacaliyevi məğlub edərək qitə birinciliyinin qalibi olub.
Bu, komandamızın Avropa birinciliyində qazandığı ikinci medaldır. Yarışların birinci günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanov gümüş medalı aktivinə yazdırıb.
Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışa 9 cüdoçu ilə qatılıb.
Oxunub: 539
Oxşar xəbərlər
- Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb
- Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
- Cüdoçumuz dünya çempionatının yarımfinalında
- Cüdoçumuzdan qızıl medal
- Cüdoçumuz qızıl medal qazandı
- Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
- Cüdoçumuz Avropada birinci oldu
- Cüdoçumuz Xorvatiya "Qran Pri"sini medalla başa vurdu
- Cüdoçumuz Xorvatiyada bürünc medal qazandı