Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb
18:30 03 Noyabr 2019
Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirinə start verilib. Beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub.
Femida.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan Şıxəlizadə "Okeaniya Open" turnirində 2-ci yeri tutub.
Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Cüdoçumuz Avropa çempionu oldu
- Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
- Cüdoçumuz dünya çempionatının yarımfinalında
- Cüdoçumuzdan qızıl medal
- Cüdoçumuz qızıl medal qazandı
- Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
- Cüdoçumuz Avropada birinci oldu
- Cüdoçumuz Xorvatiya "Qran Pri"sini medalla başa vurdu
- Cüdoçumuz Xorvatiyada bürünc medal qazandı