Cüdoçumuz Avropada birinci oldu
12:58 20 Avqust 2018
Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.
Femida.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.
Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.
Oxunub: 295
Oxşar xəbərlər
- Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb
- Cüdoçumuz Avropa çempionu oldu
- Cüdoçumuz dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı
- Cüdoçumuz dünya çempionatının yarımfinalında
- Cüdoçumuzdan qızıl medal
- Cüdoçumuz qızıl medal qazandı
- Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
- Cüdoçumuz Xorvatiya "Qran Pri"sini medalla başa vurdu
- Cüdoçumuz Xorvatiyada bürünc medal qazandı