Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı


13:52     03 Noyabr 2018 2018/11/700475_1541236282.jpg

Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa Çempionatı keçirilir.


Femida.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz mötəbər yarışın ilk günündə aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.

Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 505