İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
20:57 26 Yanvar 2020
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.
İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb.
Hazırda Fond aidiyyəti təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək.
Oxunub: 881
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İpoteka krediti olanların NƏZƏRİNƏ - Borclar belə restrukturizasiya olunacaq
- İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb
- İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
- İpoteka və Kredit Zəmanət Fondu 17 milyon manat mənfəət əldə edib - 9 ayda
- İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə də qəbul olunacaq
- İpoteka Fondunun mənfəəti 29% artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb