18 yaşlı qızı qaçırıb başqa rayona aparıblar - MƏHKƏMƏ
14:50 04 Fevral 2020
Tovuzda 18 yaşlı qızın qaçırılması ilə bağlı təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası fevralın 13-də keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuzun Əhmədabad kəndində baş verib.
Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü M.Ş. evinin yaxınlığından zorla maşına mindiriblər. Onu Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Məlumata görə, qaçırmanın məqsədi qızla evlənmək olub.
Qızı qaçıran şəxslər Tovuzun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu olub. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.
Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri keçirib. M.Ş.-nin yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) maddəsilə ittiham verilib.
Bu əmələ görə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Oxunub: 640
Oxşar xəbərlər
- 18 yaşlı tələbəni iş yoldaşı öldürübmüş
- 18 minədək şagird buraxılış imtahanı verdi
- 18 aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
- 18 bioloji qida əlavəsinin qanunsuz satışının qarşısı alınıb
- 18-25 yanvarda sərt karantin bölgələrinə giriş-çıxışa necə icazə veriləcək?
- 18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
- 18 məhkumda koronavirus aşkarlandı
- 18 və 19 iyunda keçirilən imtahanların nəticələri elan olunub
- 18:00-dan sonra gizlicə işləyən restoran aşkarlandı