18 yaşlı tələbəni iş yoldaşı öldürübmüş
11:28 05 İyul 2021
İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, Məhəmməd Alıyev Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
Oxunub: 856
Oxşar xəbərlər
- 18 minədək şagird buraxılış imtahanı verdi
- 18 aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
- 18 bioloji qida əlavəsinin qanunsuz satışının qarşısı alınıb
- 18-25 yanvarda sərt karantin bölgələrinə giriş-çıxışa necə icazə veriləcək?
- 18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
- 18 məhkumda koronavirus aşkarlandı
- 18 və 19 iyunda keçirilən imtahanların nəticələri elan olunub
- 18:00-dan sonra gizlicə işləyən restoran aşkarlandı
- 18 yaşlı qızı qaçırıb başqa rayona aparıblar - MƏHKƏMƏ