Taksi və avtobuslarda maska taxmayan 140 nəfər cərimələndi
11:16 08 İyun 2020
DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsi daha bir açıqlama yayıb.
İdarənin Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 443 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1 583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Femida.az
Oxunub: 860
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
- Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - FOTO
- Taksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik
- Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
- Taksidə maskasız oturmaq qadağan edildi
- Taksi postda polis və hərbçini vurub - Cinayət işi açıldı
- Taksilərlə bağlı qadağa bu gündən başlayır
- Taksi fəaliyyətinə görə müraciətlərin sayı kəskin artıb