XİN-in sabiq şöbə rəisi həbs qərarına görə məhkəməyə müraciət edib
10:51 10 Sentyabr 2020
Dövlət Təhlükəzsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığa qətimkan tədbiri ilə dəyişdirməsi bağlı məhkəməyə vəsatət verib.
Femida.az -ın məlumatına görə, vəsatət Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin icraatına verilib.
Vəsatətə bu gün baxılması gözlənilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxunub: 913
Oxşar xəbərlər
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN-in geniş tərkibli kollegiya iclası keçirilib
- XİN-in İşlər idarəsinin sabiq müdiri ev dustaqlığına buraxılmayıb
- XİN-in sabiq idarə rəisi ev dustaqlığına buraxılıb
- XİN-in həbsdə olan sabiq vəzifəli şəxsi məhkəməyə gətirildi
- XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ
- XİN-in Naxçıvandakı İdarəsi viza rejiminin ləğvi haqda məlumat yayı
- XİN-in sabiq əməkdaşlarının şikayəti təmin edilməyib
- XİN-in 249 əməkdaşı saxlanıldı - Türkiyədə
- XİN-in dəvətilə Yaponiyaya gedən Mikayıl Cabbarov kimlərlə görüşdü?