XİN-in İşlər idarəsinin sabiq müdiri ev dustaqlığına buraxılmayıb
14:21 01 Oktyabr 2020
Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Mollazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətinə baxılıb.
Femida.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F. Mollazadənin vəsatəti təmin edilməyib.
Qeyd edək ki, F. Mollazadə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb.
F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirli bilinib.
Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 581
Oxşar xəbərlər
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN-in geniş tərkibli kollegiya iclası keçirilib
- XİN-in sabiq idarə rəisi ev dustaqlığına buraxılıb
- XİN-in həbsdə olan sabiq vəzifəli şəxsi məhkəməyə gətirildi
- XİN-in sabiq şöbə rəisi həbs qərarına görə məhkəməyə müraciət edib
- XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ
- XİN-in Naxçıvandakı İdarəsi viza rejiminin ləğvi haqda məlumat yayı
- XİN-in sabiq əməkdaşlarının şikayəti təmin edilməyib
- XİN-in 249 əməkdaşı saxlanıldı - Türkiyədə
- XİN-in dəvətilə Yaponiyaya gedən Mikayıl Cabbarov kimlərlə görüşdü?