XİN-in sabiq idarə rəisi ev dustaqlığına buraxılıb
12:29 23 Sentyabr 2020
Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.
Femida.az -ın "E-mehkeme.gov.az"a istinadən məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib.
Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 645
Oxşar xəbərlər
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN-in geniş tərkibli kollegiya iclası keçirilib
- XİN-in İşlər idarəsinin sabiq müdiri ev dustaqlığına buraxılmayıb
- XİN-in həbsdə olan sabiq vəzifəli şəxsi məhkəməyə gətirildi
- XİN-in sabiq şöbə rəisi həbs qərarına görə məhkəməyə müraciət edib
- XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ
- XİN-in Naxçıvandakı İdarəsi viza rejiminin ləğvi haqda məlumat yayı
- XİN-in sabiq əməkdaşlarının şikayəti təmin edilməyib
- XİN-in 249 əməkdaşı saxlanıldı - Türkiyədə
- XİN-in dəvətilə Yaponiyaya gedən Mikayıl Cabbarov kimlərlə görüşdü?