Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
21:03 11 Noyabr 2020
Bu gün İrəvana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.
Femida.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.
Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.
“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - açıqlamada qeyd olunur.
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
- Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
- Rusiyadan Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır
- Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur
- Rusiyadan Telman İsmayılovla bağlı yeni qərar
- Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb
- Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib