Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı


20:04     17 Aprel 2022 22_04_17_1650211701.jpg

Zaqatalada dəhşətli hadisə yaşanıb. 37 yaşlı ər əvvəlcə özü ilə eyni yaşda olan həyat yoldaşının boğazını kəsərək onu qətlə yetirib, daha sonra isə intihar edib. Məlumata görə, hadisəni törədən Qılman Həsənov uzun müddət Rusiyada işləyib. Evinə isə bir müddət əvvəl qayıdıb. Öldürülən Xavər Həsənova isə yaşadıqları Yuxarı Çardaqlar kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi olub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Öncə həyat yoldaşını öldürdü, daha sonra isə özü intihar etdi.

Ər həyat yoldaşının boğazını kəsərək qətlə yetirib. Hadisə dünən gecə saatlarında Zaqatala rayonunda baş verib.Kənd sakini 37 yaşlı Qılman Həsənov münaqişə zəmnində bıçaqla həyat yoldaşı 37 yaşlı Xavər Həsənovanı qətlə yetirib.

Xavər Həsənova yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyib. Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətində işləməyə gedib. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla iki azyaşlı övladı var. Hadisə baş verən zaman uşaqlar babası gildə olublar.

Hadisənin qısqanclıq və ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir. Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.






Açar sözlər:

Oxunub: 609