Bakıda yolların bağlanması ilə bağlı DYP-dən daha bir açıqlama
12:12 08 Dekabr 2020
Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlimata görə, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.
Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər.
Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib.
Hərbi texnikların sərbəst hərəkətinin təşkili və keçirilən hərbi “Zəfər paradı” iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol hərəkəti iştirakçılarından xahiş edilir ki, tədbir başa çatanadək şəxsi avtomobillərdən az istifadə edilsin və mərkəzə doğru, eləcə də digər ərazilərdə süni sıxlığın, tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin.
Femida.az
Oxunub: 568
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb