Bakıda qadının pulunu oğurlayan şəxs tutuldu


22:34     17 İyun 2021 2021/06/5b4867fc-9764-3bfd-a48a-977cfb857292_850_1623954918.jpeg

Bakıda qadının çantasından pul oğurlayan şəxs tutulub.

1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir, S.Kazımovun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər".(Report)

Açar sözlər:

Oxunub: 1038