Onlayn "patı" satan şəxs tutulub
15:48 31 İyul 2021
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sosial şəbəkələrdə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Əməliyyat zamanı Gəncə şəhər sakini Elşad Quliyev tutularaq istintaqa cəlb edilib. Onun üzərindən və idarə etdiyi avtomobilin yük yerindən 22 bükümdə satış üçün hazır qablaşdırılan heroin, “patı” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Elşad Quliyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığı və özünün də həmin narkotik vasitələri onlayn yolla satdığını bildirib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elşad Quliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 450
Oxşar xəbərlər
- Onlayn qızıl sifariş etdi, satıcını hədələyib hamısını əlindən aldı
- Onlayn yolla "patı" satan tutuldu
- Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq
- Onlayn ticarət zamanı kartlardan böyük məbləğdə vəsait tutulur? - RƏSMİ
- Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb
- Onlayn sınaq imtahanı keçirildi
- Onlayn intellektual yarışmanın qalibi məlum oldu
- Onlayn müsabiqəyə start verilib
- Onlayn yolla narkotik satan narkokuryerlər tutuldular - FOTOLAR
- Onlayn sınaq imtahanları keçiriləcək