Mingəçevirdə 4 yaşlı uşaq müəmmalı şəkildə öldü
17:48 16 Avqust 2021
Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb.
Mingəçevir şəhər prokurorluğundan Femida.az-a cavab olaraq bildirilib ki, avqustun 16-da şəhər sakini 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxunub: 1076
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb