Yük avtomobili velosipedçilərə çırpılıb, 6 nəfər ölüb


10:25     06 Noyabr 2021 2021/11/82F52156-709F-45D9-891B-8A43737D71B5_1636188030.png

Nigeriyanın cənubundakı Enuqu şəhərində neft məhsulları daşıyan avtomobil velosipedçi qrupa çırpılıb.

Femida.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb. Qeyd oluub ki, qəza nəticəsində azı 6 nəfər ölüb, daha üç nəfər yaralanıb.

İlkin araşdırma zamanı məlum olub ki, tankerin sürücüsü əyləc sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirib və yol kənarında dayanan velosipedçi qrupa çırpılıb. Qəzada xəsarət yerli xəstəxanaya aparılıb.


Femida.az

Açar sözlər: #Nigeriya    

Oxunub: 426