Füzulidə avtomobil traktorla toqquşub, ölən və xəsarət alan var


09:14     10 Dekabr 2021 21_12_09_1639075858.jpg

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Həziyev Tahir Misir oğlunun idarə etdiyi “BMV” markalı avtomobil traktorla toqquşub.

Hadisə zamanı sürücü, T.Həziyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Abbasov Ramiz Əlihəd oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Füzuli rayonu Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək, qapalı kəllə-beyin, döş qəfəsinin küt travması və baş-beyin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 537