ABŞ prezidenti G7 liderləri ilə Ukraynanı müzakirə edəcək
11:27 21 Fevral 2022
ABŞ prezidenti Cozef Bayden G7 liderləri ilə fevralın 24-də videoformatda keçirəcəyi görüş zamanı Ukrayna ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırır.
Femida.az xəbər verir ki, bu barədə məlumat Baydenin iş qrafikində yer alıb.
“Prezident Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti, həmçinin Almaniyanın G7-yə sədrliyi ilində prioritetləri müzakirə etmək üçün G7 liderlərinin videoformatda keçirəcəyi görüşündə iştirak edəcək” , - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronun iki lider arasında zirvə görüşünün keçirilməsi təklifini qəbul ediblər.
Oxunub: 419
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb