Bakıda həbsdə olan oğluna telefon keçirmək istəyən qadın saxlanılıb
15:00 11 Aprel 2022
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu barədə Femida.az-a Xidmətdən məlumata verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilən banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilən ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gələn anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar eolunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 409
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb