DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"


17:55     18 Aprel 2022 22_04_18_1650289357.jpg

Masallı rayonunda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

Bunu Femida.az -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, rayonun Ərəb kəndinin sakini Ə.D. (ad, soy adı şərti) Masallı Rayon Polis Şöbəsinə müraciət edib:

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

Açar sözlər:

Oxunub: 540