Xaçmazda “TIR” kişini vuraraq öldürüb


10:55     21 May 2022 22_05_21_1653114358.jpg

Xaçmaz rayonunda “TIR” piyadanı vuraraq öldürüb.

Hadisə Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yük avtomobili 1995-ci il təvəllüdlü Palçıqoba kənd sakini Muradov Şəmsəddin Çingiz oglunu vurub.

Ş. Muradov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 350