Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb


17:09     07 İyun 2022 22_06_07_1654611010.jpg

Xaçmaz rayonu ərazisində 7 aylıq körpə çarpayıdan yıxılması nəticəsində ölüb

Hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Beləki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 340