Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb


08:59     30 İyul 2022 22_07_30_1659157242.jpg

Xaçmazda avtomobil kişini vuraraq öldürüb.

Femida.az-ın xəbərinə görə, hadisə Bakı prospektində baş verib.

Rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Rufeddin Əmirbək oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı aldığı xəsarətlərdən ölüb.

Piyadanı vuran sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 311