Bakıda 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır


09:53     25 May 2022 22_05_25_1653458021.jpg

Bakıda yol qəzasında üç nəfərin ölümünə səbəb olmaqda təqsiləndirilən Firudin Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Binəqədi rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakinləri - F.Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb.

Digər bir sərnişin isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

F.Əsədova qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsus olub.

Açar sözlər:

Oxunub: 266