Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq


21:03     24 İyun 2022 22_06_24_1656090250.jpg

İyunun 26-sı axşamdan 30-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

Bu barədə Femida.az-a Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib.

Azərbaycan rayonlarında isə iyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Açar sözlər:

Oxunub: 286