Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb


09:40     07 Sentyabr 2022 22_09_07_1662532826.jpg

Bakıda qətl törətməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Nərimanov rayonu, 1989-cu ildə təvəllüdlü E. Ağayev şəxsi münasibətlər zəmnində Şamil Əliyevi kəsici-deşici alətlə xəsarətlər yetirərək qətlə yetirib.

E.Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 517